Dünya

2030-cu ildə bu ölkədə elektromobillərin sayı 30 mini ötə bilər

23 Fevral 2020 06:30
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2030-cu ilədək Latviyada elektromobillərin sayının 36 minə çatacağı gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu proqnozla "Nəqliyyat üçün təmiz enerji" konfransında "Latvenergo AS" şirkətinin idarə heyətinin üzvü Kaspars Tsikmaçs çıxış edib.

Onun sözlərinə görə, 2025-ci ildə Latviyada 10 mindən çox elektromobildən istifadə ediləcək.

Yol hərəkəti təhlükəsizliyi idarəsinin məlumatına görə, Latviyada elektromobillərin sayı müqayisədə 49 faiz artıb. Belə ki, ötən ilin əvvəlinə elektromobillərin sayı 442 idisə, cari ilin əvvəlinə onların sayı 658-ə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.