Dünya

BMT-nin Baş katibi Türkiyəyə çağırış etdi - FOTO

21 Fevral 2020 17:21
2 Şərh     Baxış: 1 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdlibdə hücum təhlükəsi altında olan mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün çağırış edib.

Milli.Az xəbər verir ki, BMT-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə daxil olan müraciətdə qeyd edilib ki, milyona yaxın insanın ciddi təhlükə altında olduğu Suriyanın İdlib vilayətində vəziyyətin kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi döyüş əməliyyatlarının dayandırılması barədə çağırışları dəstəkləyib və münaqişə bölgəsində qalan əhalinin təhlükəsiz yerlərə köçürülməsinə imkan yaradılmasından ötrü təcili addımlar atılması üçün çağırış edib.

Müraciətdə qeyd edilir ki, hesablamalara görə, son aylarda İdlibdə 900 min nəfərdən artıq insan evlərini və ya sığınacaqlarını tərk ediblər. İndi onların çoxu şimal vilayətləri olan İdlib və Hələb vilayətlərindədirlər, bu isə şaxtalı hava şəraitində onsuz da fəlakətli olan humanitar vəziyyəti daha da ağırlaşdırır.

BMT-nin Baş katibi münaqişə tərəflərini müharibə qayda-qanunlarına hörmət etməyə çağırıb:

"Mən həmçinin qonşu ölkələrə, o cümlədən Türkiyəyə çağırış edirəm ki, qəbul edə biləcəkləri insanların sayını artırsınlar ki, ən çox təhlükədə olan insanlar təhlükəsizliklərinə qovuşa bilsinlər. Hərçənd, bilirəm ki, bu ölkələrin imkanları və ictimai dəstəyi artıq son həddə çatır, Artıq 5,6 milyon qaçqını qəbul etmiş bu ölkələr üçün - onların 3,6 milyonu Türkiyədədir,- beynəlxalq dəstək davam etdirilməli və artırılmalıdır. BMT QAK 275 minədək insana (55 min ailəyə) zəruri tələbat əşyaları ilə, İdlibdəki digər 84 min insana (14 min ailəyə) isə sığınacaqlarla yardım etməyə çalışır. O həmçinin 2,1 milyonadək insanın təcili tələbatlarını təmin etmək üçün regionda ehtiyat yardımlar, o cümlədən 400 min çadır yerləşdirib. Humanitar qurumlar olaraq biz insanların həyatlarını xilas etməyə çalışırıq, amma bu səylərimiz üçün məkan daralmaqdadır. Bu cür iztirabların qarşısında təkcə humanitar yardım çıxış yolu ola bilməz".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.