Dünya

Sorğu: Raşida Dati Parisin meri vəzifəsi uğrunda mübarizədə daha şanslıdır

21 Fevral 2020 00:45
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada martın 15-də və 22-də bələdiyyə seçkiləri keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Paris şəhərinin meri vəzifəsi uğrunda mübarizə aparan namizədlər arasında ilk beşlikdə Ann Hidalqonun, Raşida Datinin, Anyes Büzenin, Sedrik Vilaninin və David Belyardın adları çəkilir.

Fransanın müstəqil tədqiqat İnstitutu "Odoxa"nın "Le Figaro" və CGI Business Consulting üçün apardığı sorğuların nəticələrinə əsasən, Raşida Dati seçkilərin ilk turunda daha şanslıdır.

Sorğuların nəticəsinə əsasən, respublikaçıların namizədi R.Dati 25 faiz səs çoxluğu ilə sosialistlərin namizədi və Parisin indiki meri Ann Hidalqodan (23 faiz) irəlidədir. "İrəli Respublika" partiyasının (LREM) namizədi Anyes Büzen 17 faiz səslə üçüncü yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.