Dünya

Şassi təkərlərindən birini itirən təyyarə uğurla eniş edib - VİDEO

19 Fevral 2020 10:29
0 Şərh     Baxış: 1 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Air Canada" aviaşirkətinə məxsus A319 sərnişin təyyarəsi şassisinin təkərlərindən birini itirməsinə baxmayaraq uğurla eniş edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, göyərtəsində 120 sərnişin və 5 heyət üzvü olan təyyarə Nyu-Yorkdan havaya qalxıb.

Bildirilir ki, təyyarə havaya qalxarkən sağ qanadının altında yerləşən şassinin təkərlərindən biri qopub. Təyyarənin pilotu eniş edərkən təhlükəsiz dəhliz istəyib.

Eniş yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib, lakin onların xidmətlərinə ehtiyac olmayıb. İnsident nəticəsində xəsarət alan olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.