Dünya

Amerikalı alimdən Paşinyana sərt cavab - FOTO

17 Fevral 2020 14:16
1 Şərh     Baxış: 2 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağın Ermənistandan ayrı hüquqi subyekt olduğunu bəyan etmisiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda xidmət edir?

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu beynəlxalq münasibətlər sahəsində ekspert, Corctaun İnstitutunun professoru Brenda Şaffer Ermənistanın Baş nazirinin konfransdakı bəyanatını şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il özünün "Facebook" səhifəsində, Dağlıq Qarabağda xidmət edən oğlu Aşot və həyat yoldaşı Anna Akopyanla birlikdə şəklini paylaşmışdı. Şəklin altında o, "Artsax D.A. hərbçisi, sıravi Paşinyanla", - şərh yazmışdı.

Xatırladaq ki, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirilib. Ekspertlərin fikrincə, debatda Paşinyan tam fiaskoya uğrayıb, özünü və ölkəsini gülünc vəziyyətə salıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.