Şimali İrlandiyada bir ilk yaşanıb.
Milli.Az dailymail-ə istinadla xəbər verir ki, eynicinslilərin evliliyinin leqallaşdırılmasından 6 ay sonra ilk homoseksual cütlük ailə qurub.
26 yaşlı Robyn Peoples adlı qız 27 yaşlı Sharni Edwards-la evlənib. Toy mərasimi Antrim qraflığında baş tutub. Onlardan biri qulluqçu, digəri isə ofisiantdır.
Onlar münasibətlərinin 6-cı ildönümündə evlənmək qərarına gəliblər.
Qeyd edək ki, eynicinslilərin ailə qurmasına İngiltərə, Şotlandiya və Uelsdə 2014-cü ildən qanunla icazə verilsə də, Şimali İrlandiya ötən ilin iyul ayında bu barədə qərar qəbul edib.
İsmayıl
Milli.Az