Britaniyasayağı "boşanma"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Brexit geridə qaldı. Avropa İttifaqı ilə Böyük Britaniya ayrıldılar. Sonra nə olacaq? Aİ-Britaniya münasibətləri necə qurulacaq?
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Brüssel ilə London uzun sürən "boşanma" prosesinin finalından bir gün əvvəl gələcək əməkdaşlığı dəstəkləyəcəklərini bəyan etdilər. Bu, bir növ "həyat yoldaşları ayrılandan sonra dost qalacaqlarını" bəyan etmələri kimi səslənsə də, verilən vəddə qeyri-müəyyənlik elementi hər halda qalıb. Tərəflər Aİ içində "ailə həyatı"nın əsas üstünlüyünü - azad ticarət etmək, gəlib-getmək, sərmayə yatırmaq üstünlüyünü həqiqətən də itirmək istəmirlər. Amma indi bunun üçün müxtəlif şərtlər irəli sürürlər. Bu da başa düşüləndir. Əks təqdirdə, əgər hadisələrə bu cür müxtəlif baxışlar olmasaydı, yəqin ki, ayrılmazdılar.
Məsələn, Böyük Britaniya Aİ-nin şərtlərini qəbul edir, lakin qismən. Bu isə aydın səbəblərdən Brüsseli qane etmir. Brexit kimi məyusedici prosesi başa çatdırmalı olan Avropa Komissiyasının sədri, AFR-in sabiq müdafiə naziri Ursula fon der Lyayen birtərəfli güzəştləri istisna edib. O, bu yaxınlarda jurnalistlər qarşısında çıxış edərək bildirib ki, Aİ belə ticarət modelini, özü də vahid bazardan məhdudiyyətsiz istifadəni əvvəllər heç vaxt heç bir dövlətə təklif etməyib. Əlbəttə, Brüssel bunun müqabilində dürüst rəqabət, kontinental istehlakçıların sosial və ekoloji standartlarının müdafiəsi kimi müəyyən zəmanətlər tələb edir. Ursula fon der Lyayen bunu "hamar oyun meydanı" adlandırır və israr edir ki, oyunçular üçün şərtlər bir bərabərdə olsun.
Birləşmiş Krallıq Avropa İttifaqı ilə davam etdirmək istədiyi əlaqələrin istiqamətlərini yarım il ərzində müəyyən etmək istərdi. Avropa Komissiyası britaniyalılarla sövdələşmənin bunun üçün nəzərdə tutulan vaxta qədər, yəni bu ilin sonunadək başa çatdırılacağına şübhə ilə yanaşır. Bu şübhə Aİ-nin daha əvvəl Kanada ilə olan təcrübəsindən irəli gəlir. Xatırladaq ki, Brüssel ilə Ottava arasında ticarət danışıqları düz yeddi il davam etmişdi.
Lakin Böyük Britaniyadan fərqli olaraq, Kanada Aİ üzvü deyildi. Buna görə də Aİ-nin keçmiş üzvü olan ingilislərlə sövdələşmənin imzalanmasına, ola bilsin, xeyli az vaxt sərf olunsun. Bununla belə, cəmi 10 ay vaxt qalıb, bu da nikbinliyə əsas vermir. Özü də keçmiş tərəfdaşlar arasında gələcək münasibətlərin əsasını təşkil edə biləcək başqa sahələr də var. Elə götürək, hamını narahat edən ümumi təhlükəsizlik və miqrasiya məsələlərini. Yaxud humanitar əlaqələri, məsələn, elm və təhsil sahəsində əlaqələri. Bu cür əlaqələri birdən-birə kəsmək olmaz. Böyük Britaniya Avropanın tədqiqat proqramlarında, tələbə və araşdırma mübadiləsində bundan sonra da iştirak edə bilər və etməlidir. Hamı - istər dumanlı Albiondan, istərsə də kontinental Avropadan olan universitetlər, professorlar və tələbələr bu işdə maraqlıdır. Onda Böyük Britaniyanın təkcə proqramlara qoşulması deyil, həm də onların maliyyələşdirilməsində iştirakı tələb olunur. Axı bütün bu işlər sərmayə tələb edir. Odur ki, London öz maliyyə töhfəsini verməli olacaq.
Bəs Britaniya Aİ-dən ayrılandan sonra "ailə büdcəsinin" formalaşmasında iştirakını davam etdirməyə hazırdırmı?
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Bu ölkə parçalana bilər
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
XƏBƏR LENTİ
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)





