Dünya

Türkiyədəki təyyarə qəzası ilə bağlı yeni məlumat

12 Fevral 2020 21:39
0 Şərh     Baxış: 1 751
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Sabiha Gökçən hava limanında eniş edərkən qəzaya uğrayan təyyarənin qara qutusu Almaniyada araşdırılacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Almaniyanın Qəza Təhqiqatı İdarəsi tərəfindən aparılacaq təhlilin bir həftə ərzində başa çatdırılması, ilkin hesabatın isə bir ay ərzində hazırlanması gözlənilir. Araşdırmaların fevralın 13-də başlaması planlaşdırılır.

Xatırladaq ki, fevralın 5-də İstanbulun Sabiha Gökçən hava limanında İzmir-İstanbul aviareysini yerinə yetirən təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb.

Hadisə zamanı üç nəfər həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.