Dünya

Dövlət Departamenti Avropada hərbi təhsilə yardım üçün 25,5 milyon dollar ayırmaq istəyir

11 Fevral 2020 07:25
0 Şərh     Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa ölkələrində hərbi təhsilə yardım üçün 25,5 milyon dollar ayırmaq istəyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin büdcə layihəsində deyilir.

Layihədə bildirilir: "Avropa üçün beynəlxalq hərbi təhsil və təlim proqramları regional təhlükəsizliyi və ABŞ, NATO və Avropanın Silahlı Qüvvələrinin uyğunluğunu gücləndirir, həmçinin Rusiyanın təcavüzünə qarşı yardımı genişləndirir".

Maliyyə yardımı Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya, Türkiyə və Ukrayna üçün nəzərdə tutulur.

Hərbi təlimdə yardımın məqsədi ilk növbədə adıçəkilən ölkələrin hərbçilərinin "ABŞ Silahlı Qüvvələrinin doktrinası və əməliyyat taktikasını başa düşməsi və təsdiqləməsidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.