Dünya

Suriyada 5 türk əsgəri şəhid oldu

10 Fevral 2020 17:31
13 Şərh     Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əsəd qüvvələri İdlibdə Türkiyə hərbi kontingentini yenidən bombalayıb.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, nəticədə 5 türk əsgəri həlak olub, 5-i yaralanıb. Bu barədə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

"İdlibdə qırğının qarşısını almaq, sərhəd təhlükəsizliyimizi təmin etmək, miqrasiya və insanlıq dəhşətini əngəlləmək məqsədilə bölgəyə göndərilən əsgərlərimizə rejim tərəfindən fevralın 10-u atılan top atəşi nəticəsində 5 qəhrəman silahdaşımız şəhid olub, 5 silahdaşımız isə yaralanıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.