Dünya

Misirdə türk serialları haqda şok fətva: Ərdoğanın niyyəti...

10 Fevral 2020 15:35
4 Şərh     Baxış: 3 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirdə ölkənin rəsmi və ən böyük fətva orqanı olan Ali Fətva Şurası diqqət çəkən açıqlama yayıb.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, şura türk seriallarının heç bir şəkildə izlənilməməsi gərəkdiyini bildirib. Qurum həmçinin "Diriliş Ərtoğrul" və "Qurdlar vadisi" kimi serialların adını çəkərək, Türkiyənin bu seriallar vasitəsilə Yaxın Şərqdə təsirini artırmaq fikrində olduğunu bəyan edib.

Açıqlamada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı ifadələrə də yer verilib. Belə ki, şura Ərdoğanın Yaxın Şərqdə Osmanlı hakimiyyətini yenidən canlandırmaq istədiyini iddia edib:

"Ərdoğan bu seriallar vasitəsilə Osmanlının bir zamanlar idarə etdiyi ərəb ölkələrini yenidən nəzarət altına almağa çalışır".

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ərəb Əmirliklərində türk seriallarının yayımına qadağa qoyulmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.