Dünya

Malayziyada koronavirusla bağlı saxta məlumat yayanlar məsuliyyətə cəlb olunacaqlar

5 Fevral 2020 04:30
0 Şərh     Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Malayziya hökuməti koronavirusla bağlı cəmiyyətdə ajiotaj yaratmamağa çağırıb. Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hökumət rəsmi şəkildə adıçəkilən virusla bağlı saxta məlumatın yayılmasında iştirak edənlərin cəzalandırılacağını bildirib.

Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib ki, son günlərə qədər saxta məlumat yaymaqda şübhəli bilinən altı nəfər saxlanılıb. Şübhəlilərin saxta xəbər yayması sübuta yetiriləcəyi təqdirdə onların cərimə olunacağı və ya həbs ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu günə qədər Malayziyada səkkiz nəfərin koronovirusa yoluxma halı müəyyən edilib və onların hamısının çinli olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.