Dünya

Almaniyada koronavirusa yoluxanların sayı 8-ə çatıb

2 Fevral 2020 09:38
0 Şərh     Baxış: 2 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada koronavirus ilə yoluxma hallarının sayı 8-ə çatıb, virus Bavariya sakinində tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, xəstələnənlərin hamısı Bavariyada yaşayır və orada yerləşən "Webasto" şirkəti ilə əlaqəlidirlər. Yoluxanların arasında şirkət işçilərindən birinin uşağı da var.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb, ölənlərin sayı 304 nəfərə çatıb, 14 mindən artıq insan isə yoluxub.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.