Dünya

Myanma Çin təyyarəsini sərnişinlərlə birgə geri göndərdi

31 Yanvar 2020 20:29
1 Şərh     Baxış: 1 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Myanma Çindən gələn təyyarəni geri qaytarıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Quançjou şəhərindən Yanqon şəhərinə gələn təyyarədə soyuqdəymə simptomları olan şəxs aşkar edilib.

O, koronavirus müayinəsindən keçmək üçün xəstəxanaya göndərilib.

Bundan sonra hava limanı rəhbərliyi digər sərnişinlərə təyyarədən çıxmağı qadağan edib. Bir neçə Myanma vətəndaşı könüllü karantinə durmaq şərti ilə təyyarəni tərk etdikdən sonra, reys geri qaytarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.