Dünya

Yüzlərlə insan ölümdən döndü - VİDEO

31 Yanvar 2020 07:48
0 Şərh     Baxış: 3 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sibirdə buz kütləsinin qoparaq, sahildən uzaqlaşması nəticəsində təhlükə ilə üzləşən 536 balıqçı xilas edilib. 60 balıqçı isə öz səyi nəticəsində sahilə çıxıb.

Milli.Az xəbər verir ki, xilasetmə əməliyyatı 7 saat davam edib. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Məlumata görə, buz kütləsi qoparaq sahildən 200 metr məsafəyə qədər uzaqlaşıb.

Bildirilir ki, xilasetmə əməliyyatı vaxtında həyata keçirilməsəydi buz kütləsi sahildən xeyli uzaqlaşa bilərdi. Bu da balıqçıların həyatı üçün ciddi təhlükə yaradacaqdı. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.