Dünya

Yunanıstan hökuməti 10 min miqrantı Türkiyəyə göndərmək niyyətindədir

29 Yanvar 2020 22:31
0 Şərh     Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstan hökuməti 2020-ci ildə 10 min miqrantı Türkiyəyə geri göndərməyi planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yunanıstan hökumətinin təmsilçisi Stelios Petsas Şimali Egey adalarının icra hakimiyyətlərinin rəhbərləri ilə görüşündən sonra "Real FM" radiosuna açıqlamasında deyib.

O qeyd edib ki, miqrantların adalardan Yunanıstanın materik hissəsinə köçürülmələrinə baxmayaraq, problem hələ də tam həllini tapmayıb və yerlərdə etirazlarla qarşılanır. Sığınacaq statusuna və beynəlxalq müdafiəyə uyğun olmayan miqrantlar tezliklə geri göndəriləcəklər. Amma bunun üçün hökumətə vaxt lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.