Dünya

Rusiya aviaşirkəti koronavirus səbəbiylə Avropaya uçuşları dayandırdı

29 Yanvar 2020 11:28
0 Şərh     Baxış: 1 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ural Hava Yolları" koronavirus səbəbiylə bir sıra Avropa ölkələrinə birbaşa uçuşları dayandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət uçuşların çətin epidemioloji vəziyyətə, ÇXR və Rusiya Federal Turizm Agentliyinin("Rosturizm") səlahiyyətliləri tərəfindən çin və rus turistlərin səfərlərinə məhdudiyyət qoyulması səbəbiylə dayandırıldığını bildirib. 

Bildirilir ki, bu qərar Çindən çox sayda mütəşəkkil turist qrupunun yerləşdiyi istiqamətlərə (Yekaterinburq - Münhen, Yekaterinburq - Paris, Yekaterinburq- Roma) təsir göstərəcək.

Bundan əvvəl, yanvarın 27-də aviaşirkət Yekaterinburq və Tümendən rusların Çindəki sevimli istirahət mərkəzi sayılan Haynan adasına uçuşları dayandırmışdı.Uçuşların epidemioloji vəziyyət normallaşdıqdan sonra bərpa olunacağına söz verilib.

Qeyd edək ki, ÇXR Dövlət Səhiyyə Komitəsinin yanvarın 29-na olan məlumata görə, hazırda ölkədə 5974 təsdiq edilmiş koronavirus hadisəsi qeydə alınıb, 132 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.