Cəmiyyət

Oruc tutanlar üçün qızıl QAYDALAR

26 Fevral 2026 02:02
Baxış: 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ramazan ayında uzun saatlar ac qalmaq gün ərzində halsızlıq yarada və iftar vaxtı həddindən artıq yeməyə səbəb ola bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, enerjini qorumaq və iftarda çox yeməmək üçün ilk növbədə səhuru buraxmamaq vacibdir. Proteinlə zəngin qidalar, lifli məhsullar və tərəvəzlər toxluq hissini daha uzun müddət saxlayır və gün ərzində enerjinin stabil qalmasına kömək edir.

Qeyd olunur ki, sadə karbohidratlar ağ çörək, şirniyyat və şəkərli içkilər qısa müddətli enerji versə də, tez acmağa səbəb olur. Onların əvəzinə kompleks karbohidratlara üstünlük vermək daha məqsədəuyğundur. Həmçinin iftarla imsak arasında kifayət qədər su içmək vacibdir, çünki susuzluq bəzən aclıq hissi ilə qarışdırılır.

Mütəxəssislər tövsiyə edirlər ki, orucu yüngül şəkildə su və xurma ilə açmaq, daha sonra şorba ilə davam etmək mədəni yormur və həddindən artıq yeməyin qarşısını alır. Ağır və yağlı yeməklər isə halsızlıq yarada bilər. Bununla yanaşı, yuxu rejiminə əməl etmək də vacibdir. Vaxtında yatmaq və kifayət qədər istirahət etmək gün ərzində enerjini qorumağa və iştahanı nəzarətdə saxlamağa kömək edir.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.