Dünya

BMT-nin 5 əməkdaşı Əfqanıstanda itkin düşdü

16 Aprel 2010 21:00
Baxış: 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birləşmiş Millətlər Təşkilatının sözçüsü deyir ki, agentliyin 5 əfqan işçisi itkin düşüb. Sözçü Dən MakNorton məlumatı bu gün açıqlasa da, detallara varmayıb.

Bununla yanaşı, bəzi məlumatlara görə, onlar itkin düşən zaman Əfqanıstanın Bağlan vilayətində olublar. Dünən Bağlan vilayətində Almaniya hərbi qüvvələrinə məxsus nəzarət məntəqsinə raket hücumu nəticəsində 4 alman əsgər həlak olub, 5 nəfər isə xəsarət alıb. Bundan başqa, vilayət qubernatoru deyib ki, Qəndəhar şəhərində xaricilərin qonaq evində baş vermiş partlayış nəticəsində 3 nəfər öldürülüb. Daha əvvəl hadisə zamanı 6 nəfərin öldüyü bildirilir. Qubernator Torilay Vesa deyib ki, öldürülənlərin hamısı əfqanlardır.

/Amerikanın səsi/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.