Dünya

Canlı yayımda zəlzələ qurbanlarına 51 milyon yığıldı - Nazirlər də yardım etdilər - FOTO

27 Yanvar 2020 10:58
6 Şərh     Baxış: 3 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TV8 və "Acun Medya"nın rəhbəri Acun Ilıcalı Elazığdakı zəlzələdə zərər görən vətəndaşlara yardım kampaniyasına start verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Tək Ürək" adlı proqram 5 saat davam edib və 51 milyon TL-dən (14 milyon 575 min 800 AZN) çox pul yığılıb. Acun sözügedən məbləğə TV 8-in 26 yanvar tarixində qazanılan reklam gəlirlərinin də əlavə olunacağını açıqlayıb. Xeyriyyə kampaniyasına tanınmış iş adamları, siyasətçilər, idmançılar, mədəniyyət üzvləri qoşulublar.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu da canlı yayıma bağlanaraq kampaniyaya qoşulduğunu qeyd edib: "Simvolik də olsa bir aylıq maaşım 26 min TL-ni (7430 AZN) bağışlayıram. Həmçinin xanımım Hülya da öz maaşını zərərçəkənlərə verir".

Bundan əlavə proqrama iki dəfə bağlanan Daxili İşlər naziri Süleyman Soylu da Acun Ilıcalı və komandasına təşəkkür edərək bir aylıq maaşı olan 20 min TL-ni (5716 AZN) bağışlayıb: "Hörmətli Prezidentimizlə danışdım. Proqram barədə məlumat verdim. Çox xoşbəxt oldu və hər kəsi təbrik etdi". 

Ən böyük bəxşişi isə "Kazancı Holding"in rəhbəri Cemil Kazancı verib. O, vətəndaşlara 2 milyon lirə (571 min 600 AZN) miqdarında kömək edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.