Dünya

Qazaxıstanın paytaxtında bütün aviareyslər təxirə salınıb

27 Yanvar 2020 01:30
Baxış: 1 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava şəraiti ilə əlaqədar Qazaxıstanın paytaxtındakı hava limanında bütün reyslər təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin nümayəndəsi Jenis Əhmətcanov xəbər verib.

J.Əhmətcanov deyib: "Nursultan Nazarbayev Beynəlxalq Hava Limanı, çətin hava şəraiti və məhdud görünmə səbəbiylə təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün gəliş və gediş uçuşlarını qeyri-müəyyən müddətə təxirə salındığını bildirir. Küləyin sürəti saniyədə 20-24 metrə çatır."

Çovğun və güclü külək səbəbiylə yanvarın 27-də Nur-Sultan şəhərində məktəblər, kolleclər və məktəbəqədər mərkəzlər bağlı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.