Güclü qar Gürcüstanda ciddi problemlər yaradıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstan ərazisində yağan güclü qar ciddi problemlər yaradıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, problem daha çox Acarıstan Muxtar Respublikası bölgəsinin dağlıq ərazilərində yaranıb. Bu bölgədə qar ən çox Xulo rayonuna yağıb. Rayon mərkəzində qarın hündürlüyü 50 santimetrə, dağlıq kəndlərdə və Qiderdzi dağ-kurort massivində isə 1 metrə və 1,5 metrə çatıb. Tsalka bələdiyyəsinin (Kvemo Kartli-Borçalı) Xando və Rexa kəndləri ilə əlaqəsi tam kəsilib. Güclü külək və çovğun səbəbindən yolları qardan təmizləmək hələlik mümkün deyil.
Meteoroloqlar isə ölkə ərazisində hava şəraitinin daha da pisləşəcəyini, əksər bölgələrdə qar yağacağı, duman, çovğun olacağını və güclü külək əsəcəyini bildirirlər.
Qar Gürcüstanın beynəlxalq əhəmiyyətli avtomobil yollarında da problemlər yaradıb. Ölkənin cənub və qərb bölgələrində yollar buz bağlayıb. Gürcüstandan Türkiyə sərhədinə gedən magistralın Xaşuri-Axaltsixe-Vale hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulub.
Paravani aşırımında, eləcə də Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda magistralında bütün növ avtomobillərin hərəkətinə qadağa qoyulub.
Qərb bölgəsinin Qomi-Saçxere-Çiatura-Zestafoni magistralında da iritutumlu, qoşqulu və yarım qoşqulu avtomobillərin hərəkətinə qadağa qoyulub.
Güclü külək paytaxt Tbilisidə də problemlər yaradıb. Paytaxtın bəzi ərazilərində külək ağacları aşırıb, elektrik naqilləri qırılıb, avtomobillərə ziyan dəyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür





