Dünya

Dubayda məktəb avtobuslarında yeni texnologiyalar tətbiq olunacaq

24 Yanvar 2020 07:07
0 Şərh     Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dubay polisi şagirdlərin təhlükəsizliyini daha etibarlı təmin etmək məqsədilə məktəb avtobuslarında yeni texnologiyalar tətbiq edilməsini təklif edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktəb avtobuslarında şagirdlərin kimliyini müəyyən edəcək üztanıyan kameralar, məktəblilərin nəqliyyat vasitəsinə giriş-çıxışı barədə sürücünü xəbərdar edəcək siqnalizasiya sistemi quraşdırılacaq.

Dubay polisinin departament rəhbəri Arif Əli Məhəmməd jurnalistlərə bildirib ki, sürücü panelində avtobusa minən və düşən şagirdlərin sayını göstərəcək monitor da qoyulacaq. Onun sözlərinə görə, məktəblilərə qarşı törədilən cinayətlərin qarşısının alınmasında süni intellekt texnologiyasından da istifadə edilməsi nəzərdə tutulur. Polis rəisi xatırladıb ki, ötən il məktəb avtobusunda unudulan azyaşlı məktəbli doqquz saatdan sonra vəfat edib. "Sürücülər üçün yeni texnologiyalardan istifadə edilməsi ilə bağlı təlimlər təşkil ediləcək. Məktəb nəzarətçiləri və sürücülər şagirdlərin təhlükəsizliyinə cavabdehlik daşıyırlar. Ötənilki bədbəxt hadisə də nəzarətçi və sürücünün avtobusun salonunda qalmış uşağı unutmaları nəticəsində baş vermişdi", -deyə o qeyd edib.

Yeni layihə Dubayın Yol-Nəqliyyat Departamenti, Birləşmiş Ərəb Əmirliklərinin Nəqliyyat Nazirliyi, məktəblərin birgə iştirakı ilə həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.