Dünya

Bu il Latviyada son 60 ilin ən qısamüddətli qarlı günləri qeydə alınıb

22 Yanvar 2020 03:30
0 Şərh     Baxış: 1 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ilin oktyabr ayından başlayaraq Latviyada orta hesabla cəmi dörd gün bir santimetr hündürlüyündə qar örtüyü müşahidə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Latviyanın Ətraf Mühit, Geologiya və Meteorologiya Mərkəzindən verilən məlumata görə, bu da son 60 ildə qeydə alınan ən qısamüddətli qarlı günlərdir.

Daha əvvəl ən qısamüddətli qarlı günlər 2013-2014-cü illərin qışında qeydə alınmışdı. Həmin vaxt oktyabr ayının 1-dən yanvar ayının 16-dək qarlı günlərin sayı səkkiz gün təşkil etmişdi.

Builki qış mövsümündə ölkənin Kurzeme və Aynaji şəhərlərinin ərazisinə, ümumiyyətlə, qar yağmayıb. Latviyada bu qış mövsümündə ən uzunmüddətli qar örtüklü günlər - 13 gün Aluksnedə qeydə alınıb. Paytaxt Riqada isə qar örtüyü 3 gün ərzində müşahidə olunub.

Sinoptiklərin verdiyi məlumata görə, ölkədə uzunmüddətli qarlı hava şəraiti qış mövsümünün ikinci yarısında da gözlənilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.