Dünya

Putindən Əsədə: "Trampı Dəməşqə qonaq çağır"

12 Yanvar 2020 18:53
0 Şərh     Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədə ABŞ-ın Prezidenti Donald Trampı qonaq çağırmağı təklif edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu fikirlər "Rusiya-1" kanalında yayımlanan "Moskva.Kreml.Putin" verilişində səsləndirilib.

Putinin Suriyaya səfəri zamanı apostol Pavelin Dəməşqə aparan yolu barədə zarafat edən Əsəd, "Əgər Tramp da bu yolla getsəydi, onda hər şey normal olardı", - deyib.

Putin isə ona cavabında Trampı Dəməşqə dəvət etməyi təklif edib:

"Dəvət edin, o gələcək!. Mən ona çatdıraram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.