Dünya

BMT borcu olan ölkələrin səsvermə hüququnu əlindən aldı

12 Yanvar 2020 11:34
1 Şərh     Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatına üzv olan yeddi ölkə - Livan, Venesuela, Mərkəzi Afrika Respublikası, Qambiya, Lesoto, Tonqa və Yəmən təşkilata eləmək məcburiyyətində olduqları maddi yardımı vaxtında ödəmədikləri üçün müvəqətti olaraq müzakirələrdə səsvermə hüququndan məhrum ediliblər. 

"Haber Global" xəbər verir ki, BMT nizamnaməsinin 19-cu maddəsinə görə, hər hansı bir ölkənin təşkilata olan borcu son iki ildəki ödəməsinin cəmindən çox olarsa, o, səsvermə hüququnu itirir. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, Hazırda 193 üzvü olan təşkilatın 146 ölkəsi ötən il borcunu tam ödəsə də, 47 ölkə borcunu ödəyə bilmədi. 

Maraqlıdır ki, BMT-yə ən çox maddi dəstək göstərən ABŞ-ın təşkilata hələ də 491 milyon dollar borcu var. Bununla belə BMT-nin 5.4 milyarddollarlıq ümumi büdcəsinin 22%-ni qarşılaşayan Birləşmiş Ştatlar ötən il təşkilata 563 milyon dollar ödəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.