Dünya

Bu ölkə İrana təyyarə uçuşlarını dayandırdı

11 Yanvar 2020 10:59
1 Şərh     Baxış: 1 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkmənistan" Hava Yolları İran İslam Respublikası üzərindən beynəlxalq aviareyslərin müvəqqəti olaraq dayandırdığını elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərar "Türkmənhavayolları" Agentliyinin Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Qərarın mülki təyyarə uçuşlarının təhlükəsizliyini təmin etmək üçün verildiyi qeyd olunur.

Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün "Twitter" hesabında Ukraynaya məxsus təyyarəyə "səhvən" raket atıldığını qeyd edib. Ukraynaya məxsus təyyarənin yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və doqquz heyət üzvü həlak olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.