Dünya

Özbəkistan Yaponiyaya 1,4 milyard dollarlıq uran satacaq

10 Yanvar 2020 07:14
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistan 2023-2030-cu illərdə Yaponiyanın "Itochu" şirkətinə 510,1 milyon, "Marubeni" şirkətinə isə 636,4 milyon dollar dəyərində uran satacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkə 2017-ci ildə ABŞ-a 300 milyon dollar dəyərində uran satılması ilə bağlı müqavilə imzalayıb. 2019-cu ildə isə Hindistana uran satılması ilə əlaqədar uzunmüddətli müqavilə bağlanılıb.

Xatırladırıq ki, uran ehtiyatına görə Özbəkistan dünya liderləri sırasındadır. Ölkə uran satışına görə dünyada yeddinci yerdə qərarlaşıb. Uran Özbəkistandakı Nəvai dağ-mədən kombinatında çıxarılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.