İran Prezidenti Həsən Ruhani, ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlılarının komandanı Qasım Süleymanini öldürməklə ağır bir cinayət törətdiyini bildirib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
İran hökumətinin rəhbəri vurğulayıb ki, Tehran Vaşinqtonun İslam Respublikasına qarşı qanunsuzluq tarixində ən ağır cinayətlərdən birini unutmayacaq.
"Amerikalılar nə qədər böyük səhv etdiklərini başa düşmədilər. Onlar bu cinayətin nəticələri ilə tək bu gün yox, sonrakı illərdə də üzləşəcəklər", - H.Ruhani vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, Süleymani təkcə İranın deyil, İraq, Suriya, Yəmən, Livan və Əfqanıstanın da təhlükəsizliyi təmin edirdi: "General Süleymani itkisinin yerini doldurmaq asan deyil, çünki o, yalnız bir hərbi komandir və ən əhəmiyyətli əməliyyatların memarı deyildi, həm də olduqca istedadlı siyasətçi və strateq idi".
Milli.Az