Dünya

Honq Konq polisi Yeni il gecəsi etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

1 Yanvar 2020 09:00
0 Şərh     Baxış: 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Honq Konq polisi çərşənbə axşamı gecə Yeni il gecəsi razılaşdırılmamış küçə etirazlarına start verən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 

Milli.Az APA-ya istinadən bildirir ki, gənclərdən ibarət radikallar Monq Kok bölgəsinə toplaşıblar. 

Nümayişçilər yolu kəsərək barrikadalar qurmağa çalışıblar. Şəhər yollarındakı işıqforlar sındırılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılardan bir neçə nəfəri saxlayıb.

Etirazçıların yanvarın 1-də günortadan sonra nümayiş keçirməyi planlaşdırdıqları bildirirlir. 

Qeyd edək ki, Honq Konqda etirazlara səbəb yerli hakimiyyət orqanlarının Çinin tabeliyinə verilməsini özündə əks etdirən qanun layihəsinin təklif edilməsidir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.