Dünya

Qazaxıstanda qəzaya uğrayan təyyarənin “qara qutu”su Moskvaya göndərilir

28 Dekabr 2019 13:58
0 Şərh     Baxış: 975
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın Almatı şəhərində Almatı-Nursultan reysininin qəzaya uğran təyyarəsinin qara qutusu tədqiq edilmək məqsədi ilə Moskvaya Dövlətlərarası Aviasiya Komitəsinə göndəriləcək.

Milli.Az qafqazionfo-ya istinadən xəbər verir ki, bunu "İnterfaks"a açıqlamasında Qazaxıstanın Nəqliyyat və Kommunikasiya naziri Berik Kamaliyev deyib. Onun sözlərinə görə, dekabrın 28-də Moskvadan Almatıya ekspert gəlib. 

Xatırladaq ki, dekabrın 27-də baş vermiş aviaqəzada 15 nəfər ölüb, 66 nəfər yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.