Dünya

Qazaxıstan təyyarəsinin qəza səbəbi bilindi

27 Dekabr 2019 12:18
0 Şərh     Baxış: 5 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın "Beck Air" aviaşirkətinə məxsus qəzaya uğramış təyyarə havaya qalxmamışdan əvvəl iki dəfə quyruğu ilə uçuş-eniş xəttinə ilişib.

Milli.Az bildirir ki, Trend bu barədə Almatı beynəlxalq hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edilir ki, uçuş-eniş xəttinə ilişən təyyarənin gövdəsi sağa doğru əyilib. Həmin anda artıq şassilər yığışdırılmışdı.

Qəzanın təfərrüatlarının araşdırılması üçün Beynəlxalq Aviasiya Komitəsindən mütəxəssislər cəlb olunub.

Xatırladaq ki, Qazaxıstanın "Beck Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.