Dünya

Qadını girov götürdü, polisi bıçaqladı

24 Dekabr 2019 17:32
0 Şərh     Baxış: 1 320
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynada bir şəxs qadını girov götürüb və polisi ağır yaralayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir kişi Xarkov vilayətində girov götürdüyü qadının əvəzinə onu götürməsini istəyən polisi ağır yaralayıb.

Vilayət polisinin verdiyi məlumata görə, Nemişlyanski rayon sakini uşağını bağçaya qoyub qayıdan zaman bir kişi boğazına bıçaq dirəyərək, onu girov götürdüyünü deyib.

Hadisənin şahidi olan bir şəxs isə bu barədə hüquq-mühafizə orqanlarına xəbər verib.

Kişi ilə söhbət əsnasında məlum olub ki, o, əsir götürdüyü qadının əvəzinə bir tanışını görmək istəyib.

Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müdiri mübadilə üçün özünü girov olaraq təklif edib.

Bununla razılaşan şəxs polisin təklifi ilə siqaret çəkib və bundan istifadə edərək, onu zərərsizləşdirmək istəyən polisi bıçaqla yaralayıb.

Hazırda polislər həmin şəxsi tutublar.

O, ömürlük azadlıqdan məhrum oluna bilər.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.