Dünya

Belçika məhkəməsi Ruandadakı soyqırımla bağlı ilk dəfə hökmünü elan edəcək

20 Dekabr 2019 09:24
0 Şərh     Baxış: 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Brüssel məhkəməsi Ruandanın keçmiş rəsmisini 1994-cü ildə bu ölkədə soyqırımda iştirak etməkdə günahkar bilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 71 yaşlı Fabyen Neretse də hərbi cinayətlərdə günahkar bilinir. Belçika prokurorluğu onun 1994-cü ildə etnik təmizləmə zamanı 11 nəfərin öldürülməsini əmr etdiyini hesab edir. Hökm dekabrın 20-si elan ediləcək. Neretsenin ömürlük həbs cəzasına məhkum olunması gözlənilir. O, 2011-ci ildə qaçqın statusu aldığı Fransada tutulub.

İttiham tərəfi üçün əsas çətinlik 25 il bundan əvvəl baş vermiş hadisələr barədə ifadələrin düzgünlüyünü sübut etmək idi. Onları əlavə etmək üçün prokuror, Neretsenin ictimai mitinqlərdə çıxış edərkən Tutsi etnik azlığının üzvlərinin öldürülməsi çağırışlarını səsləndirib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, Ruandada bir ildən az müddətdə Hutu və Tutsi qəbilələri arasındakı toqquşmalarda təxminən 800 min adam öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.