Dünya

Berlində naməlum şəxslər nasist generalın qəbrinı açdı

17 Dekabr 2019 20:09
0 Şərh     Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naməlum şəxslər SS generalı və Holokost ideyasının müəlliflərindən biri Reynhard Heydrikin məzarını açıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məzar açılsa da, nasist generalın qalıqlarına toxunulmayıb.

Hadisənin səbəbləri bəlli deyil. Məzarda onun kimə məxsus olmasını göstərən işarələr olmayıb. Hadisəni törədən şəxslərin haradansa Heydrixin məzarı barədə informasiya aldığı ehtimal olunur.

SS (almanca Schutzstaffel‎ - "mühafizə dəstəsi") 1933-1945-ci illərdə Adolf Hitlerin mühafizəsini təmin etmək üçün fəaliyyət göstərən təhlükəsizlik təşkilatıdır. Qurumun əsası Yulius Şrek tərəfindən 1925-ci ildə qoyulub. SS-in emblemi 1933-cü ildə SS şturmhauptfüreri Valter Hek tərəfindən simvolik məbləğ olan 2,5 alman markası qarşılığında yaradılıb. Emblemdəki işarələr ildırımları simvolizə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.