Dünya

Saxta nömrəli avtomobili qovalayan polislər qəzaya düşdülər: 2-si polis, 3 nəfər xəsarət aldı - FOTO

16 Dekabr 2019 09:54
0 Şərh     Baxış: 1 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kırıkkale vilayətində "Dayan" əmrinə tabe olmayan sürücünün avtomobilini qovalayan Yol Polisi Xidmətinin əməkdaşları qəzaya düşüblər.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Kırıkkale - Kayseri avtomagistralında qeydə alınıb.

Məlumata görə, gecə reydi aparan yol polisləri Qadir Ərdəm və Mücahit Qanca, saxta qeydiyyat nömrə nişanlı olduğu müəyyən edilən avtomobili saxlamaq istəyiblər.

Ancaq polisin "Dayan" əmrinə tabe olmayan şəxsiyyəti naməlum sürücü, avtomobillə Kaysrei istiqamətinə qaçmağa başlayıb.

Asayiş keşikçiləri də 71 A 5444 qeydiyyat nömrə nişanlı avtomobili təqib ediblər. Şübhəlini təxminən 30 dəqiqə qovalayan polislərin olduğu maşın, yolun əks istiqamətində hərəkətdə olan Adəm Göçmənin idarə etdiyi 35 AH 9432 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub.

Nəticədə Qadir Ərdəm, Mücahit Qanca və Adəm Göçmən xəsarətlər alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.

Polislərin, qovaladıqları saxta qeydiyyat nömrə nişanlı avtomobil isə qaçaraq gizlənməyə müvəffəq olub.

Hüquq-mühafizə orqanları tərəfindən axtarışlara başlanılıb, araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.