Dünya

Etirazlar səngimir: 50-dən artıq insan xəsarət alıb

16 Dekabr 2019 09:14
0 Şərh     Baxış: 1 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Nyu-Dehli şəhərində polislər və etirazçı tələbələr arasında toqquşmalar baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində polis əməkdaşları da daxil olmaqla 50-dən artıq insan xəsarət alıb.

Bildirilir ki, əsas toqquşmalar vətəndaşlıq haqqında qanunun yeni versiyasına qarşı əsasən etiraz aksiyasını başladan müsəlman tələbələrin oxuduğu Camiyə Milliyə İslamiyə Universiteti ətrafında olub.

Etirazçılar tərəfindən azı 10 avtomobiə və bir çox motosikletə ziyan vurulub, şəhərdə bir neçə avtobus yandırılıb.

"NDTV" öz növbəsində qeyd edir ki, polis əməkdaşları eitrazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Tələbə kampusunda 100-ə yaxın tələbə saxlanılıb, amma onların əksəriyyəti bir müddət sonra sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.