Dünya

Azyaşlının üç yerdən sınan qoluna krem çəkib evə göndərdilər - FOTO

12 Dekabr 2019 13:09
0 Şərh     Baxış: 2 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Osmaniyə vilayətinin Kadirli rayonunda həkimlər qolu sınmış azyaşlını müalicə etməməmiş evlərinə göndəriblər.

On yaşlı dördüncü sinif şagirdi Arda Gökər məktəb divarının üstündən tullananda qolunu sındırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təcili yardımla xəstəxanaya çatdırılan şagirdin qoluna sadəcə krem çəkilərək evinə göndərilib.

Gecə səhərə qədər yata bilməyib, ağlayan uşağı səhər yenidən valideynləri həkimə gətirib, onun qolunun üç yerdən sındığı və əməliyyat olunacağı məlum olub.

Əməliyyatdan sonra üç ay müalicəsi davam edəcək uşağın şikəst qala bilmə ehtimalı var.

Həkim səhlənkarlığına görə valideynlər şikayətçi olublar.

Xəstəxananın baş həkimi İlkər Halvacı onların şikayətinə əsasən, araşdırma aparılacağını bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.