Dünya

Tramp bu gün Lavrovu qəbul edəcək

10 Dekabr 2019 16:29
0 Şərh     Baxış: 540
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqtonda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ABŞ Prezidenti Donald Trampla görüşü olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Amerika lideri rusiyalı rəsmini dekabrın 10-da saat 14:30-da Oval kabinetdə qəbul edəcək.

Görüş mətbuata qapalı keçiriləcək. Nə qədər davam edəcəyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, Lavrov bu gün ABŞ-a səfər edib. O, saat 10:30-da dövlət katibi Mayk Pompeo ilə görüşəcək, saat 12:00-da işgüzar naharda iştirak edəcək. Daha sonra mətbuat konfransı keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.