ABŞ Talibanla sülh danışıqlarını bərpa edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birləşmiş Ştatlar Talibanla sülh danışıqlarını bərpa edib. Prezident Donald Tramp üç ay öncə qiyamçı qrupla siyasi həll yolu tapıb, Əfqanıstandakı müharibəyə son qoymaq məqsədilə bir il boyu aparılan danışıqları birdən dayandırmışdı.
Əslən əfqanıstanlı olan ABŞ-ın xüsusi nümayəndəsi Zalmay Xəlilzad şənbə günü qiyamçıların qərargahlandığı Qatarın paytaxtı Dohada keçiriləcək danışıqlara başçılıq edir.
"ABŞ bu gün Dohada yenidən başlayan danışıqlara qoşulub. Müzakirə zamanı diqqət Əfqanıstan daxilində danışıqlar və atəşkəsə gətirib çıxaracaq zorakılıqların azaldılmasına yönəldiləcək", ABŞ mənbəsi Amerikanın Səsinə bildirib.
Tramp sentyabr 7-də Əfqanıstanın paytaxtı Kabildə aralarında amerikalı əsgərin də olduğu bir neçə insanın ölümü ilə nəticələnən qiyamçı hücumuna cavab olaraq danışıqları dayandırmadan öncə ABŞ-Taliban arasındakı müzakirələrə Qatar höküməti ev sahibliyi edirdi.
Danışıqlar hər iki tərəfin ABŞ və müttəfiq qoşunlarının Əfqanıstandan tədricən çıxarılmasına gətirib çıxaracaq razılıq əldə etməyə çox yaxın olduqlarını düşündükləri zaman dayandırılmışdı.
Taliban isə müqabilində Əfqanıstanın nəzarət etdiyi hissələrində terrora qarşı mübarizə aparacağına dair zəmanətlər verəcək, habelə üsynaçıların ölkədə onillərdir davam edən zorakılıqlara həmişəlik son qoyacaq Əfqanıstan daxilində danışıqlara başlayacağına söz verəcəkdi.
Taliban həmçinin döyüşçülərinin qoşunların çıxarıldığı ərazilərdə xarici qoşunlarla atəşkəsə riayət edəcəyini bildirib.
Təhlilçilər Xəlilzad və onun komandasının çətinlikləri aradan qaldıra biləcəklərinə skeptik yanaşır.
ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı sabiq komandiri general Con Nikolson cümə günü Talibanla qiyamçıları ölkədə zorakılıqıları dayandırmağa və ya azaltmağa məcbur etməyən razılıq əldə etməyə qarşı xəbərdarlıq edib.
"Atəşkəs Talibanın əlindəki gücü azaldır, qoşunların çıxarılması isə koalisiyanın hərbi üstünlüyünün azaldır", Nikolson qeyd edib.
"Fikrimcə beynəlxalq qüvvələrin çıxarılmasına və terrorun müəyyən dərəcədə dayandırılmasına imkan yaradacaq sadə razılıq davamlı olmayacaq. Beləcə bu razlıq bizim təhlükəsizlik maraqlarımızı qorumayacaq", general deyib.
Nikolson ABŞ-da bəzi ictimai çıxışlarında israr edib ki, Əfqanıstan müharibəsinin xərcləri şişirdilib. O deyib ki, Əfqanıstan müharibəsi Birləşmiş Ştatlara daha ucuz başa gəlib.
"Biz 14 mindən az qoşunumuzun olduğu ölkədə hər il 25 milyard dollar pul xərcləyirdik, amma bu gün bizim oradakı xərclərimiz bu rəqəmin iki qatı olaraq göstərilir".
Nikolson deyib ki, Amerikaya qarşı gələcək terror hücumlarının qarşısını almaq üçün danışıqlara Əfqanıstandan qoşunların çıxarılmasından sonra orada ABŞ-ın terror əleyhinə missiyasının yerləşdirilməsi məsələsi daxil edilməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
XƏBƏR LENTİ
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı





