Dünya

Gürcüstanda balıqçı gəmisi qəzaya uğrayıb

7 Dekabr 2019 22:52
0 Şərh     Baxış: 1 308
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstanın Poti limanı yaxınlığında (Samegrelo - Zemo Svaneti diyarı) Qara dənizdə 30 ton balığın yükləndiyi gürcü balıqçı gəmisi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Rustavi2" teleşirkəti bildirib.

Gəminin kapitanı bildirib ki, onlar böyük bir ağac parçası ilə toqquşublar:

"Ağac parçası gəmini zədələdi və nəticədə gəminin göyərtəsində su toplanmağa başladı. Göyərtəmizdə 30 tona yaxın balıq var idi".

Məlumata əsasən, toqquşma nəticəsində gəmi batıb. Gəmidə səkkiz heyət üzvü olub. Onlar hamısı başqa bir balıqçı gəmisi tərəfindən xilas edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.