Yüz minlərlə çexiyalı milyarder baş nazirə qarşı küçələrə çıxdı - BABİŞƏ ULTİMATUM VERİLDİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən şənbə günü, noyabrın 16-da Praqada yüz minlərlə çexiyalı küçələrə çıxaraq baş nazir Andrey Babişin istefasını tələb edib.
Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Parqanın mərkəzi Letna parkında baş tutan aksiyada təşkilatçıların bildirdiyinə görə, 300 mindən çox toplaşıb. Polis aksiyaçıların sayının 200 mini keçdiyini bildirir.
Mitinq müxalifətdə olan "Demokratiya üçün milyon an" hərəkatı tərəfindən təşkil olunub, iştirakçılar əllərində Avropa İttifaqının və Çexiyanın bayraqlarını tutublar. Aksiya korrupsiyaya qarşı mübarizə və Avropada birlik şüarları altında keçirilib. Aksiya iştirakçıları tələb ediblər ki, milyarder baş nazir ya öz biznes strukturlarını satmalıdır, ya da dekabrın 31-nə qədər istefa verməlidir. Əks halda onu yeni və davamlı etiraz aksiyaları gözləyir.
Andrey Babiş "Narazı vətəndaşlar aksiyası" (ANO) hərəkatının lideridir və 2017-ci ildə parlament seçkilərində populist şüarlarla qalib gələrək baş nazir olub. "Forbes" jurnalının bildirdiyinə görə, 2018-ci ildə Babişin sərvəti 4.3 milyard dollar idi. O, "Agrofert" aqrokimya holdinqinin və bir neçə KİV-lərin sahibidir. Babişə qarşı ilk izdihamlı aksiya bu ilin iyun ayında keçirilmişdi.
64 yaşlı Babiş Slovakiyada anadan olub və orada böyüyüb. Həmin ölkədə Babişə qarşı kommunist rejimi və KQB ilə əməkdaşlıq ittihamı ilə təhqiqat aparılıb. Mitinqçiləri diqqəti buna yönədiblər ki, təhqiqat hələ də açıq qalır. Habelə Avropa İttifaqı Babişə qarşı maraqların toqquşması və korrupsiya şübhəsi ilə təhqiqat aparır.
Andrey Babiş habelə "Putinin adamı" hesab edilir və rusiyayönümlü siyasət aparır, Moskvaya simpatiyasını gizlətmir.
Baş nazir Praqadakı izdihamlı aksyaya münasibət bildirib və bunu "sağlam demokratiyanın əlaməti" adlandırıb. "Möhtəşəmdir ki, insanlar öz mövqelərini ifadə edirlər və heç kim onları təqib etmir, heç kim onlara hücum etmir. Və doğrudan da möhtəşəmdir ki, bizdə azad və demokratik seçkilər keçirilir, biz orada öz nümayəndələrimizi seçə bilirik",-Babiş bunları deyib və sonrakı şərhlərdən yayınıb. Amma bildirib ki, bazar günü Milli muzeydə mövqeyini ətraflı təqdim edəcək. "Ola bilsin sizlər təəcüblənəcəksiniz",-baş nazir deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
XƏBƏR LENTİ
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib





