Dünya

Qarabağda erməni hərbçi həbs olundu

7 Noyabr 2019 22:41
0 Şərh     Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində Ermənistan ordusunun 19 yaşlı hərbi qulluqçusu Erik Arutyunyanın ölümü ilə bağlı bir nəfər saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs sıravi K.A-dır.

Qeyd edək ki, noyabrın 4-də, saat 19:30 radələrində Qarabağdakı erməni hərbi hissəsində əsgər Erik Arutyunyan çənə nahiyəsindən güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin "intihar həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaq davam edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.