Dünya

Kişi arvadını diri-diri yandırdı - Avtobusda sürücünün yanında oturduğu üçün - FOTO

1 Noyabr 2019 13:49
15 Şərh     Baxış: 5 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyat yoldaşını diri-diri yandıran kişinin məhkəməsi keçirilib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Diyarbakır vilayətinin Şirinevler qəsəbəsində 35 yaşlı Can adlı şəxs qısqanclıq səbəbindən xanımını öldürüb. O, 30 yaşlı arvadı Güllü Y.-nın üzərinə bezin tökərək onu yandırıb.

Qadın özünü söndürməyə çalışarkən 2-ci mərtəbədən tullanıb. Ağır bədən xəsarətləri alan Güllü Y. yatırıldığı xəstəxanada 12 günlük mübarizədən sonra dünyasını dəyişib.

Hakim qarşısına çıxarılan Can cinayəti etiraf edib. O, bildirib ki, xanımı avtobusa minəndə sürücünün yanındakı boş yerdə oturduğuna görə onlar arasında mübahisə yaranıb və dava ölümlə nəticələnib.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.