Dünya

Polşada prezident seçkilərinin dəqiq vaxtı aprelin 21-də məlum olacaq

14 Aprel 2010 17:43
Baxış: 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi Polşanın baş naziri Donald Tuskun köməkçisinə istinadən yayıb. Polşa parlamenti dəftərxanasının rəhbəri Lex Çapla əvvəlcə bildirmişdi ki, prezident seçkilərinin birinci turu iyunun 13-ü və ya 20-də keçirilə bilər. Baş nazirin köməkçisi isə deyib ki, seçkilərinin iyunun 20-də keçiriləcəyi daha çox ehtimal olunur.

Polşa Konstitusiyasına əsasən, preziednt Lex Kaçinskinin faciəli ölümündən sonra dövlət başçısının səlahiyyətləri Seymin spikeri Bronislav Komorovskiyə keçib. Mövcud qanunvericiliyə görə, seçkilərin vaxtının elan edilməsi ilə onun keçirilməsi arasında 60 gündən az vaxt olmamalıdır. Yəni, növbədənkənar seçkilər iyunun ortalarında keçirilə bilər.

Polşanın TVN24 telekanalının mülahizəsinə görə, prezident seçkilərinin ilk turu iyunun 20-də, mümkün ikinci tur isə iyulun 4-də keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.