Dünya

Şoyqu oktyabr ayında Şimali Koreyaya səfər edə bilər

10 Oktyabr 2019 08:53
0 Şərh     Baxış: 431

Moskva və Pxenyan ayın sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun KXDR-ə səfərinin təşkili imkanlarını araşdırırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfər zamanı Şoyqu Xalq Silahlı Qüvvələri naziri No Qvan Çxol ilə görüşməyi planlaşdırır. Tərəflərin ABŞ və KXDR arasındakı denuklearizasiya ilə bağlı danışıqları fonunda müdafiə sektorundakı əməkdaşlığı, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. NHK telekanalının məlumatına görə, Pxenyana səfərdən əvvəl Rusiya müdafiə nazirliyinin rəhbəri Çinə də səfər edəcək.

Qeyd edək ki, Şoyqu və No Qvan Çxol apreldə Moskva beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində bir araya gəlmişdirlər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.