Dünya

9 yaşlı uşaq 5 nəfərin ölümündə günahkar bilinir - FOTO

9 Oktyabr 2019 14:24
0 Şərh     Baxış: 1 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

9 yaşlı uşaq 5 nəfərin ölümündə ittiham olunur.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın İllinoys ştatında 5 nəfərin ölümü ilə nəticələnən yanğında 9 yaşlı uşaq günahkar bilinir.

9 yaşlı uşağın cinayətdə ittiham olunması ölkədə qalmaqal yaradıb. Qərara "9 yaşlı uşaq Santa-klausun mövcud olmadığını belə anlamır" deyə, reaksiyalar verilib.

Xatırladaq ki, dəhşətli yanğın hadisəsi aprel ayında baş verib. Yanğın nəticəsində bir evdə yaşayan ailənin 5 üzvü yanaraq ölüb. Onlardan 3-ü azyaşlıdır.

Qeyd edək ki, son 13 il ərzində ilk dəfədir azyaşlı ağır cinayətdə ittiham olunur.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.