Dünya

81 yaşlı qadın pulunu oğurlamaq istəyən gənc qızı döydü - VİDEO - FOTO

20 Sentyabr 2019 11:39
0 Şərh     Baxış: 1 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə 81 yaşlı Doren Cones bankomatdan pul çıxarmaq istəyərkən gənc qızın hücumuna məruz qalıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gənc D.Conesin pullarını ələ keçirmək istəsə də, ahıl qadın onun arzusunu ürəyində qoyub. 

Gənc qız bankomatdan pul çıxarmaq istəyən qadını uzun müddət izləyib, daha sonra isə əlindəki kağızı ona göstərərək, başını qatmağa çalışıb. Ancaq bu variant işə yaramayıb. 

Doren hücumçunun saçından tutaraq, onu zərərsizləşdirib. Gənc qız ahıl qadının əlindən xilas olaraq, qaçmağa başlayıb. 

Bir müddət sonra cinayətkar polis tərəfindən saxlanılıb. 

Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.