Dünya

Ərdoğan ABŞ-a iki həftə vaxt verdi

18 Sentyabr 2019 19:14
0 Şərh     Baxış: 1 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardığımız danışıqlar iki həftə ərzində nəticə verməsə, öz hərəkət planlarımız işə düşəcək".

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, sentyabrın 16-da Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani ilə keçirdiyi üçtərəfli görüşə də toxunub. Türkiyə Prezidenti bildirib ki, müzakirələrin sonunda Suriyada humanitar və siyasi böhranın həlli ilə bağlı çox əhəmiyyətli qərar qəbul edilib: "Fərat çayının şərqi üzrə məsələnin həllində Avropadan daha artıq dəstək gözləyirik. Qarşıdan gələn aylarda baş verəcək hadisələr Suriya məsələsi üçün həlledici olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.