Dünya

Honkonq polisi qanunsuz aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdi

11 Avqust 2019 18:10
0 Şərh     Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin Honkonq xüsusi inzibati bölgəsində polis qanunsuz keçirilən aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb. Bildirilir ki, ekstradisiya haqqında qanuna təklif olunan düzəlişlərə etiraz edən aksiya iştirakçıları Tayvay rayonunda barrikadalar quraraq yollarda nəqliyyatın hərəkətinin dayanmasına səbəb olublar. Etirazçıların həftə sonuna planlaşdırdıqları dörd aksiyanın polis tərəfindən qadağan olunmasına baxmayaraq, yüzlərlə honkonqlu aksiyaya qoşulub. Aksiya iştirakçıları polisin dağılışmaq barədə bir neçə xəbərdarlığına məhəl qoymayıb. Nəticədə polis gözyaşardıcı qazlardan istifadə edib.

Aksiya iştirakçıları Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tutan qanun layihəsinin ləğvini, habelə aksiyaların zorla dağıdılmasında iştirak edən hüquq mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edirlər.

Etiraz aksiyasına əks olaraq "Polisə dəstək günü" adlı tədbir keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.